İŞİD azərbaycanlı komandiri edam etdi

İŞİD azərbaycanlı komandiri edam etdi
  19 Yanvar 2015    Oxunub:2538
İŞİD terror təşkilatı azərbaycanlı komandirlərindən birini edam edib.
AzVision.az-ın «Timetürk» saytına istinadən verdiyi məlumata görə, Sirac Azəri adlı azərbaycanlı komandir «xarici» olması səbəbiylə edam edilib.

S. Azərinin Sumqayıt şəhərindən olduğu və uzun müddət Əfqanıstanda döyüşdüyü, daha sonra isə Suriyaya gələrək İŞİD sıralarında döyüşdüyü bildirilir.

Bir neçə həftə əvvəl isə eyni hadisə baş verib. Belə ki, İŞİD Şimali Qafqazdan olan Sergey Asimov adlı bir döyüşçüsünü xarici ölkənin agenti olması səbəbilə edam edib. Bir neçə həftə ön cə isə Sergey Asimovun Ümrə ziyarətinə getdiyi bəlli olub. Onun 2011-ci ildə ziyarətdə çəkdirdiyi şəkilləri də yayımlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti