Əsədə ağır zərbə: 35 ölü

 Əsədə ağır zərbə: 35 ölü
  19 Yanvar 2015    Oxunub:1567
Suriyanın şimal-qərbində yük təyyarəsinin qəzaya uğraması nəticəsində 35 əsgər həlak olub.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Suriya İnsan Hüquqları Təşkilatının yaydığı məlumatda təyyarənin İdlib vilayətində əlverişsiz hava şəraiti nəticəsində qəzaya uğradığı vurğulanır.

Artıq Suriya dövlət KİV-də təyyarənin qəzaya uğraması faktını təsdiqləyib.

Lakin “Əl-Qaidə” terror təşkilatının Suriya qolu təyyarənin onlar tərəfindən vurulmasını bildirib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti