Fransızlar peyğəmbərin karikaturasına qarşı çıxdılar

Fransızlar peyğəmbərin karikaturasına qarşı çıxdılar
  19 Yanvar 2015    Oxunub:2242
Fransa əhalisinin 42 faizi Məhəmməd peyğəmbərin karikaturasının çəkilməsinə qarşıdır.
AzVision.az xəbər verir ki, Fransa İctimai Fikir İnstitutu tərəfindən keçirilən sorğuda iştirak edən respondentlərin 42 faizi jurnalistlərin müsəlmanların fikrinə hörmət edilməli olduğunu və peyğəmbərin karikaturasına nəşr etməməli olduqlarını bildirib.

Rəyi soruşulanlar həmçinin İnternet və sosial şəbəkələrdə söz azadlığının məhdudlarşıdırlmasını dəstəklədiklərini bildiriblər.
Eyni zamanda rəyi soruşulan Fransa sakinlərinin 57%-i müsəlmanların etirazının karikaturaçıları dayandırmamalı olduğunu vurğulayıb. Respondentlərin 81% ikili vətəndaşlığa sahib terrorçuların Fransa vətəndaşlığından məhrum edilməsinin vacibliyini vurğulayıblar.

Fransızların 68 faizi Suriya, İraq və digər dövlətlərdə terrorçuların tərkibində vuruşan şəxslərin ölkəyə daxil olmasının qadağan edilməsini istəyib.

Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2006-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.

Bu arada yanvarın 8-i naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti