Əsəd sevgililər gününə hazırlaşır

Əsəd sevgililər gününə hazırlaşır
  18 Yanvar 2015    Oxunub:2799
Rusiya mətbuatı Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsədlə bağlı ilginc iddia irəli sürürb.
AzVision.az xəbər verir ki, Rusiya mətbuatında yayılan məlumatlara görə, birinci xanım 14 Fevral – sevgililər gününü qeyd etməyə hazırlaşır. Ölkəsində baş verən hadisələrdən sıxılan Əsma Əsədin Bəşər Əsədlə 14 fevralı ölkə xaricində keçirməyə hazırlaşdığı deyilir. Mətbuatın yazdığına görə, Əsəd ailəsi böyük ehtimalla sevgililər gününü Rusyada qeyd edəcək.

Londonda təhsil alan Əsma Əsəd Qərb mədəniyyətinə üstünlük verən xanımdır. O geyimi, davranışı ilə seçilməyə çalışır. Birinci xanım geyimlərini əsasən Avropanın ən məşhur brend markalarından sifariş edir. Suriyada baş verən qanlı olaylara baxmayaraq o, lüks həyat tərzini davam etdirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti