Fransada Azərbaycan günləri

Fransada Azərbaycan günləri
  18 Yanvar 2015    Oxunub:2026
“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində yanvarın 17-də Fransada Savua regionunun Mejev şəhərində Azərbaycan mədəniyyət günlərinin təntənəli açılışı olub.

Tədbiri açan şəhərin meri xanım Kristin Jülyən-Breş Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın qədim sivilizasiya məkanı kimi artıq dünyada tanındığını, yalnız mədəniyyəti ilə deyil, yeraltı sərvətləri ilə də zəngin olduğunu, Şərqi Avropanın, Asiyanın və Yaxın Şərqin qovşağında yerləşdiyini diqqətə çatdırıb.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin Mejev şəhəri üçün əlamətdar olduğunu söyləyib.

Fransa Milli Assambleyasının deputatı, Azərbaycan Dostları Assosasiyasının sədri Jan-Fransua Mansel fransızları Azərbaycana səfər etməyə, bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak etməyə çağırıb.

Sərgi yanvarın sonunadək davam edəcək.

Tədbirdə Əməkdar Artist, virtuaz ifaçı İsfar Sarabskinin rəhbərlik etdiyi caz qrupu Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib.


Teqlər:





Xəbər lenti