Sarkisyan Gümrüdəki qətlləri ört-basdır edir

Sarkisyan Gümrüdəki qətlləri ört-basdır edir
  17 Yanvar 2015    Oxunub:3079
Ermənistanda Gümrü hadisəsinin fonunda gərginlik davam edir.

Yerli hökumət etirazçıları həbs etməklə və müxtəlif hədələrlə onların gözünü qorxutmaqla aksiyaların qarşısını almağa nisbətən nail ola bilsə də ölkə prezidenti əleyhinə çıxışlar media, eləcə də sosial şəbəkələr üzərindən davam edir.

Ölkədə qarşıdurmaların əsas günahkarı, Serj Sarkisyan hesab olunur. Başqa sözlə desək prezidentin Gümrüdə olaylarına biganə qalması erməniləri əməlli özlərindən çıxarıb. Bəzi ekspertlərin fikrincə, Ermənistan prezidenti Gümrü qətllərinə məqsədli şəkildə göz yumur.

Yerevan Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosyan Serj Sarkisyanın Sarkisyanın susqunluğunu onun axmaqlıqğı kimi qələmə verib.

“Rusiya əsgərinin törətdiyi vəhşiliyə məhəl qoymayan Ermənistan prezidenti, nəhayət bu gün Şahmat klubunda peyda oldu” – deyə, Riçard Qiraqosyan tvitter səhifəsində yazıb və Sarkisyanın uşaqlarla görüşündən şəkil paylaşıb.



Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti