Yaxın Şərqin ən varlı qadını – SİYAHI

Yaxın Şərqin ən varlı qadını – SİYAHI
  17 Yanvar 2015    Oxunub:4219
ABŞ-ın Wealth-X and UBS Billionaire Census 2014 nəşri dünya milyarderlərinin siyahısını dərc edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Ümumilikdə siyahıda 2325 nəfər yer alıb. Milyarderlər birlikdə ümumilikdə 930 milyard dollarlıq kapitalı idarə edir. 216 qadın milyarderlər yalnız 17 faizi öz sərvətlərini qazanıblar.

Dünyanın və Amerika qitəsinin ən varlı qadın Kristi Veltondur. Onun sərvəti 37,9 milyard dollardır. Bu miras ona “Walmart” mağazalar şəbəkəsinin banisinin oğlu Con Veltondan qalıb. Con 2005-ci ildə aviaqəzaya düşüb.

Avropanın ən varlı, siyahıda yer alan ən yaşlı qadın isə 92 yaşlı qadın ünvanını isə Lilian Betankur qazanıb. O, “L”Oreal” kosmetik imperiyasının sahibidir. Onun sərvəti 3,3 milyard dollardır.

Yaxın Şərqin ən varlı qadını isə yəhudi Şeri Arisondur. Şeri “Apolim” bankınıən nəzarət paketinin və “Arison investments” şirkətinin sahibidir. O miras ona atası Ted Arisondan qalıb. Onun sərvəti 4,2 milyard dollar dəyərində qiymətləndirilir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti