Erməni parlamentində gizli Rusiya müzakirəsi

Erməni parlamentində gizli Rusiya müzakirəsi
  17 Yanvar 2015    Oxunub:3579
Ermənistan parlamenti yaxın vaxtlarda Gümrüdəki faciə ilə əlaqədar yüksək səviyyədə qapalı iclas keçirəcək.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, iclas zamanı Gümrüdəki son hadisələr və Valeri Permyakovun istintaqın erməni tərəfinə verilməsi işləri aparılacaq.

Yayılan məlumata əsasən deputatlarla yanaşı iclasda Ermənistan İstintaq Komitəsinin rəhbəri Aqvan Ovsepyan, Baş prokuror Qevorq Kostanyan, Ermənistan XİN-in nümayəndələri və həmçinin yüksək rütbəli məmurlar iştirak edəcək.

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti