Ərəblər İŞİD-dən qorunmaq üçün sərhədə divar tikir

Ərəblər İŞİD-dən qorunmaq üçün sərhədə divar tikir
  17 Yanvar 2015    Oxunub:2671
Səudiyyə Ərəbistanı rəhbərliyi İraq sərhəddə elektron divar tikmək niyyətindədir.
AzVision.az-ın Britaniyanın “Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, bu divar terrorçuların krallıq ərazisinə daxil olmasına mane olacaq.

Nəşrin məlumatına görə, bir neçə gün əvvəl İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı yaraqlıların tikintiyə mane olmaq üçün həmin əraziyə hücum ediblər.

İraqla sərhəddə 960 kilometrlik elektron divarın tikilməsi barədə hələ 2006-ci ildə danışılıb. Lakin hazırda İŞİD yaraqlarının İraqda qazandıqları uğurları Səudiyyə Ərəbistanını bu fikrə yenidən qayıtmağa məcbur edir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti