Dəhşətli qəza: 6 nəfər yanaraq öldü

Dəhşətli qəza: 6 nəfər yanaraq öldü
  17 Yanvar 2015    Oxunub:2163
Türkiyə Samsun vilayətinin Terme rayonunda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.
Hadisə mikroavtobusla toqquşan minik avtomobilindəki maye qaz çəninin partlaması nəticəsində baş verib.

Qəza zamanı minik maşınının sürücüsü toqquşmanın şiddəti ilə avtomobildən bayıra uçub və hadisə yerində dünyasını dəyişib.

Bundan başqa mikroavtobusda eyni ailədən olan 5 nəfər yanaraq faciəvi şəkildə ölüblər.

Mikroavtobusda olan həmin ailənin üzvü olan 4 nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyəti ağırdır. (ans)


Teqlər:  





Xəbər lenti