Universitetdə imtahan namaza görə təxirə salındı

Universitetdə imtahan namaza görə təxirə salındı
  16 Yanvar 2015    Oxunub:2297
Türkiyənin Kocaeli Universitetində bu gün saat 12:00-da keçirilməsi planlaşdırılan imtahan təxirə salınıb.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb imtahan vaxtının cümə namazı ilə üst-üstə düşməsidir.

Tələbələr imtahana gəlsələr də, onlara imtahanın vaxtının dəyişdiyini bildiriblər.

Bu məlumatı universitetinin rektorunun köməkçisi Bəkir Çakır da təsdiqlətib. O qeyd edib ki, imtahan vaxtını təyin edən şəxslər namaz vaxtını hesaba almadıqları üçün belə bir hadisə baş verib. B.Çakır qeyd edib ki, namaz qılındıqdan sonra imtahan başlayıb.

Sevinc


Teqlər:





Xəbər lenti