Parisdə yeni dəhşət: Sakinlər girov götürüldü

Parisdə yeni dəhşət: Sakinlər girov götürüldü
  16 Yanvar 2015    Oxunub:2575
Fransa paytaxtı Paris yaxınlığında naməlum şəxs poçt şöbəsində insanları girov götürüb.
Bu barədə AzVision.az “BFMTV”yə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, hücum terror əlaqələri ilə bağlı deyil.

Hazırda girovların sayı və zərərçəkənlər barədə məlumat verilmir.

Fransa KİV-nin yaydığı son məlumatlara əsasən hazırda poçt şöbəsində ən azı üç nəfər girov saxlanılır.

Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.

Bu arada yanvarın 8-i naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti