Gümrü meri ermənilərə qarşı çıxdı

Gümrü meri ermənilərə qarşı çıxdı
  16 Yanvar 2015    Oxunub:3095
Gümrü meri Samvel Balasanyan Rusiya hərbi bazasından Ermənistan ərazisindən çıxarılmasına ehtiyacın olmadığını bildirib.
Bu barədə AzVision.az “İnterfax”a istinadən xəbər verir.
“Cinayətkar və cinayətin milliyyəti yoxdur. Artıq uzun illərdir ki, ruslar burada xidmət edir. Bir iki hadisə ilə bağlı Ermənistan-Rusiya əlaqələrinə ziyan vurmaq lazım deyil. Hərbi bazanın ölkə ərazisindəmn çıxarılmasına da ehtiyac yoxdur”, -deyə Balasanyan bildirib.

Balasanyanın sözlərinə görə, Gümrü sakinləri yalnız cinayətkarın Ermənistan ərazisində qalmasını və Ermənistan məhkəməsi tərəfindən cəzalanıdırılmasını istəyirlər.

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti