Rza Zərrab: `Çağlayandan 240 min pul almışdım...`

Rza Zərrab: `Çağlayandan 240 min pul almışdım...`
  16 Yanvar 2015    Oxunub:2889
Türkiyədə 2013-cü il dekabrın17-də keçirilən rüşvət və qaçaqmalıçılıq əməliyyatı zamanı saxlanılan və sonra sərbəst buraxılan Azərbaycan əsilli iş adamı Rza Zərrabın keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayana Cenevrədən gətirilən 300 min franklıq saat hədiyyə etdiyini sübut edən kağız aşkarlanıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rza Zərrabın “Saatın əvəzində 240 min avronu Zəfər Çağalayndan təhvil aldım” sözlərini yazdığı otel kağızı Türkiyə Parlamentinin İstintaq Komissiyasının hesabatına daxil edilib.

“Conrad” adlı otelin qonaqlar üçün hazırladığı xüsusi kağızda Rza Zərrabın şəxsi imzası da var. Eks nazir Z.Çağlayan saatı 2013-cü il sentyabrın 25-i təhvil aldığını açıqlamışdı. TBMM-in İstintaq Komissiyasının hesabatına daxil edilən digər sənəddə isə saatı satan “Patek” firmasının Cenevrədə kəsilən qəbzdə satış tarixinin 24 sentyabr 2013-cü il oduğu göstərilir. Saatın əsl qiyməti 334 min 400 İsveçrə frankı olduğu bildirilsə də pul nəğd ödənildiyinə görə şirkət 34 min 400 frankı endirim edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti