“Gümrüdəki faciə Azərbaycanın xeyrinədir” – Erməni Ombudsman

“Gümrüdəki faciə Azərbaycanın xeyrinədir” – Erməni Ombudsman
  16 Yanvar 2015    Oxunub:3203
Ermənistanda hər hansi bir anti-Rusiya isterika yersizdir.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın birinci Ombudsmanı Larisa Alaverdyan bildirib.

Onun sözlərinə görə, mövcud problemi geosiyasi səviyyə qaldıraraq Ermənistan və Rusiya münasibətlərinə zərbə vurmaq lazım deyil: “Bu kiminsə bu faciəni planlaşdırdığı, bizim emosiyalarla tanış olması anlamına gəlir. Mən kimin və onun nə etdiyini bilmirəm. Lakin bu cinayətin Azərbaycan və Türkiyənin maraqlarına uyğun gəldiyi gün kimi aydındır”.

Alaverdyan həmçinin Premyakovun cinayəti təkbaşına törətməsinə inanmadığını da bildirib. Çünki heç kim onu hadisə baş verdiyi yerdə görməyib və hadisə ilə bağlı həqiqət cəmiyyətdən gizlədilir: “Bizim hakimiyyət hadisə ilə bağlı ləng tədbirlər gördü. Gümrüdə polisin davranışı bağışlanmazdır”.

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti