Ermənistanda yaşayan ruslara görünməmiş QADAĞA

Ermənistanda yaşayan ruslara görünməmiş QADAĞA
  16 Yanvar 2015    Oxunub:4390
Gümrüdə rus əsgərinin törədiyi qətl və anti-Rusiya əhval ruhiyyəsinin genişlənməsi ilə əlaqədar olaraq Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazasının komandanlığı hərbçilərə Gümrü şəhər sakinlərinin gözününə görsənməməyi tapşırıb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Çorrord işxanutyun” qəzeti bəyan edib.

Əmrə əsasən Gümrüdə ailə olan hərbçilərə bu şəhərdə gecələmək imkanı verilir, subay əsgərlərə isə hərbi hissə daxilində gecələmək tapşırılıb.

Hərbçilərə həmçinin Gümrü şəhərində gəzmək, kafe və digər istirahət yerlərinə baş çəkmək də qadağan edilib. Bundan əlavə Rusiyanın Gümrüdəki konsulluğunun dəstəyi ilə fəaliyyət göstərən rus orta məktəbi də fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.

“Məlumatlara əsasən hətta hərbçilərin həyat yoldaşları belə ərzaq məhsulları almaq üçün evdən kənara çıxmırlar. Onlar erməni dostlarından alış-veriş həyata keçirməyi istəyirlər”, - deyə qəzet vurğulayıb.

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti