İŞİD-dən növbəti dəhşət: 170 nəfər oğurlandı

İŞİD-dən növbəti dəhşət: 170 nəfər oğurlandı
  16 Yanvar 2015    Oxunub:2109
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları İraqın iki kəndindən 170 nəfəri oğurlayıb.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən hadisə Kərkük vilayətində baş verib.

İŞİD yaraqlıları bu kəndlərə oradakı terror təşkilatın bayraqlarının yandırılmasından sonra hücum edib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti