Avropadan Türkiyəyə sərt xəbərdarlıq
Avropalı deputatlar, əsasən, ötən ilin dekabr ayında Zaman qəzeti və Samanyolu televiziyasına qarşı keçirilən reydləri təndiq ediblər. 14 dekabr reydləri zamanı 23 nəfər həbs edilmişdi. Həbs edilənlər arasında jurnalistlərlə yanaşı, produserlər, direktorlar, eyni zamanda, polis rəisləri və əməkdaşları da var idi. Türkiyə hökuməti saxlanılan şəxslərin “paralel hökumət” qüvvələri ilə əlqaəli olduğunu ehtimal edir.
Ötən gün isə, “Cümhuriyyət” qəzeti Məhəmməd (S) peyğəmbərin karikaturasını dərc edən Fransanın “Şarli Ebdo” jurnalınından səhifələr yayımladığı üçün qəzetin redaksiyasına qarşı istintaq başladılıb. (ans)