Məsciddə partlayış- Ölən var

Məsciddə partlayış- Ölən var
  16 Yanvar 2015    Oxunub:1921
Ankaradakı məsciddə partlayış olub.
AzVision.az ans press-ə istinadən məlumat verir ki, Esentepe məscidində camaatın şam namazı qıldığı zaman qızdırıcı qazan partlayıb. Partlayışda məsciddə namaz qılanlardan bir nəfər dünyasını dəyişib, 3 nəfər isə yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Yaralılar ilk tibbi yardım göstərildikdən sonra xəstəxanalara göndərililər. Həyatını itirən Mustafa Sarıkanın cəsədi isə prokurorluğun araşdırmasından sonra morqa göndərilib.

Polis partlayışla bağlı araşdırmalara başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti