Merkel parlamentdə çaşdı

Merkel parlamentdə çaşdı
  16 Yanvar 2015    Oxunub:2558
Almaniya kansleri Angela Merkel ölkə parlamenti - Bundestaqda çıxışı zamanı ciddi səhvə yol verib.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, Merkel çıxışında antisemitizmin Almaniya vətəndaşlarının vətəndaşlıq borcu olduğunu bildirib.

"Antisemitizm bizim hökumət və vətəndaş borcumuzdur. Bu, həm də məscidlərə hücumlara aid edilir", - deyə kansler bildirib.

Səhv etdiyini başa düşən Angela Merkel bəyanatında düzəliş edib: "Almaniyada yəhudilərə və müsəlmanlara qarşı nifrət olmamalıdır. Məscidlərə istənilən hücumlar qəbuledilməzdir".


Teqlər:





Xəbər lenti