Ermənistanda ara qarışdı, 12 yaralı

Ermənistanda ara qarışdı, 12 yaralı
  16 Yanvar 2015    Oxunub:2552
Ermənistanın Gümrü şəhər prokurorluğu binasının qarşısında polis qüvvələri və etirazçılar arasında toqquşma yaşanıb.
AzVision.az erməni mətbuatına istinadən verdiyi xəbər verir ki, aksiyanın dağıdılması üçün polis qaz bombasından istifadə edib və 12 nəfər yaralanıb.

Eyni zamanda, gərgin vəziyyət həmçinin Rusiyanın Gümrüdəki konsulluğu qarşısında müşahidə olunur. Bina polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun işi üzrə istintaqın gedişatından narazı olan etirazçılar polis əməkdaşlarını daş-qalaq edərək binaya yaxınlaşmağa cəhd edirlər. Məlumata görə, saxlanılanlar var.


Teqlər:  





Xəbər lenti