Peyğəmbərin saçı Ağalarovların mərkəzində

Peyğəmbərin saçı Ağalarovların mərkəzində
  16 Yanvar 2015    Oxunub:4329
Bütün müsəlmanlar üçün əziz olan müqəddəs bir nəsnəni - Məhəmməd peyğəmbərin (s.ə.v.) saçının telini ilk dəfə olaraq Dağıstandan Moskvaya aparacaqlar.
AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, arzu edənlər həmin müqəddəs nəsnəni Moskvadakı “Crocus Sity Hall” konsert salonunun foyesində yaradılmış xüsusi guşədə görə biləcəklər. Guşə İslam peyğəmbərinin mövludu günü münasibətilə keçiriləcək “Mövlud ən-nəbi” bayram mərasimi üçün xüsusi hazırlanacaq.

“Həmin müqəddəs saç teli Moskvaya xüsusi kapsulun içində gətiriləcək. Saç teli daim o kapsulun içində saxlanır. Əlavə təhlükəsizlik tədbiri də görülüb. Belə ki, kapsulun özü də şəffaf şüşədən hazırlanmış xüsusi konteynerin içində olacaq. Həmin müqəddəs saç telinə xüsusi böyüdücü qurğular vasitəsilə baxmaq mümkün olacaq” - deyə Rusiya Müsəlmanları Ruhani İdarəsindən bildiriblər.

İdarədən əlavə ediblər ki, bu müqəddəs nəsnə ona ibadət və itaət etmək üçün deyil, ona sadəcə muzey eksponatı kimi yanaşılmalıdır.

Onu da deyək ki, Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarova məxsus “Crocus Sity Hall” mərkəzinə saça baxmağa gəlmək istəyənlərin sayı həddən artıq çoxdur. Bu konsert salonuna isə birdəfəyə 6 min adam sığışır.


Teqlər:  





Xəbər lenti