Məşhur Hilton ailəsi necə milyarder oldu? - FOTOLAR

Məşhur Hilton ailəsi necə milyarder oldu? - FOTOLAR
  15 Yanvar 2015    Oxunub:7962
Dünyanın ən böyük otel zəncirlərindən birinin sahibi olan Hilton ailəsinin bu günə gəlişi 1870-ci ildən, ailənin ən böyük üzvü Avqust Hiltonun Amerikaya köçməsi ilə başlayır.



Avqust Hilton

Norveçdən ABŞ-a köçən 1854-cü il təvəllüdlü Avqustun 7 uşağı var idi. Onlardan yalnız biri, Konrad Hilton gələcəkdə qurulacaq nəhəng otel şəbəkəsinin sahibi olacaqdı.

Konrad 1887-ci ildə Meksikada doğulmuşdu. O, uşaq yaşlarında atasının ərzaq dükanında köməkçi işləyirdi. Eyni zamanda ailəsi Meksikadakı evlərini kirayə vermişdi. Bununla da ilk kiçik otel biznesinin əsası qoyulmuşdu.



Konrad Hilton

Birinci dünya müharibəsi bitdikdən sonra, 1919-cu ildə Konrad ilk otelini aldı. Bu, cəmi 40 otağı olan “Mobley Hotel” idi. O, əvvəlcə bank satın almaq istəyirdi, amma işləri qaydasında getmədiyindən otel almalı oldu.

Qeyd edək ki, bu otel iki otağı istisna olmaqla hələ də fəaliyyətini davam etdirir.



Getdikcə işlərini daha da böyüdən Konrad 1949-cu ildə Nyu-York şəhərinin ən əfsanəvi otellərindən biri hesab olunan, cəlbedici binası ilə diqqət mərkəzində olan “Waldorf Astoria”nı satın aldı. Bu otel Herbert Huverdən sonra bütün ABŞ prezidentlərini qonaq kimi qəbul etmişdi.

Konradın ən səs-küylü addımı isə 1954-cü ildə 111 milyon dollar pul verərək “Statler Hotel”i satın alması oldu. Bu, o vaxta qədər dünyanın daşınmaz əmlak bazarında reallaşan ən böyük satınalma idi.



Bu tarixdən etibarən Hilton ailəsi adətən əfsanəvi otel kimi tanınan yerləri satın almağa davam etdi. Bunların sırasında Maldiv adalarında yerləşən dəniz altındakı otelin adını çəkmək olar.

Ailənin Cənubi Afrikada da “Conrad Pezula” adlı oteli var ki, burada bir gecə qalmaq üçün 8 min dollar pul ödəmək lazımdır.

Konradın ailə həyatı da iş həyatı qədər maraqlı keçib. 2 dəfə boşanıb, 3 dəfə evlənən Konradın ikinci həyat yoldaşı macar əsilli əfsanəvi Hollivud aktrisası Ja Ja Qabor olub. 9 dəfə ailə həyatı qurmuş J.J. Qabor deyirdi:

“Mən çox yaxşı ev xanımıyam. Nə vaxt kimdənsə boşansam evi mənə qalır”.



Konrad Hilton 1979-cu ildə dünyasını dəyişib və sərvətini 3 övladına miras qoyur.

Onun ölümündən sonra isə oğulları yolunu davam etdirir. Belə ki, Riçard Hilton özünün daşınmaz əmlak şirkətini qurur. Konradın digər oğlu Uilyam Barron Hilton ailənin başçısı olur və işlərə nəzarət edir. 1966-cı ildən Hilton şirkətlərinə rəhbərlik edən Uilyam ailənin hazırkı davamçıları Paris və Niki Hiltonların babasıdır.



Paris Hilton 1981-ci ildə anadan olub və yeniyetmə yaşlarından model kimi fəaliyyət göstərməyə başlayıb. 2003-cü ildə intim video-görüntülərinin yayılması isə Paris Hiltonu daha da məşhurlaşdırdı.



Məşhur sərmayə fondu “BlackStone” 2007-ci ildə 26 milyard dollar ödəyərək Hilton otellərini aldı. 2013-cü ildə Hiltonun səhmləri satışa çıxarıldı. Bu satışdan şirkət 2,35 milyard dollar gəlir əldə etdi. Bu da bir otelin bu günə qədə səhm satışından əldə etdiyi ən böytük gəlir hesab olunur.



Nyu-Yorkun əfsanəvi oteli “Waldorf Astoria” isə 1,9 milyard dollara çinli iş adamına satılıb.

Ümumiyyətlə, dünyanın bir çox yerində Hilton ailəsinə məxsus torpaq sahələri, otellər var. Bunlardan ən məşhuru isə Kosta Rikadakıdır. Ailənin bəzi üzvləri hələ də Norveçdə yaşayır.












Hazırladı: Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti