Yanukoviçin pulları əlindən alınır
Arsen Avakov, həmçinin həbs olunan vəsaitin ümumilikdə Müdafiə Nazirliyinin, XİN-in və Ukrayna milli qvardiyasının illik büdcəsindən çox olduğunu qeyd edib.
“Eks-prezidentin daşınmaz əmlak aktivlərini və kompaniyalardakı payını hesaba almasaq, Ukrayna hüquq mühafizə orqanlarının həbs etdikləri bank hesabındakı pullar və qiymətli kağızlar xaricdə 2 milyard dollar, ölkə daxilində isə 1,8 milyard dollar və 6 milyard qriven təşkil edir” – nazir belə yazır.
Bir qədər əvvəl İnterpol Ukraynanın eks-prezidenti Viktor Yanukoviç, onun oğlu, həmin dövrdə vəzifədə olmuş Baş nazir və bir neçə nazirin də daxil olduğu hökumətin bəzi nümayəndələri barədə axtarış elan edib.
Teqlər: