Azərbaycanlı komandirə qarşı hörmətsizlik

Azərbaycanlı komandirə qarşı hörmətsizlik
  15 Yanvar 2015    Oxunub:3401
Yalta şəhərindəki 1944-cü ildə Yaltanı faşistlərdən xilas edən 323-cü atıcı alayının komandiri Cəlil Nəcəfovun xatirə lövhəsinin olduğu park dağıdılıb.

AzVision.az xəbər verir ki, bu barədə ans press-ə Yaltada yaşayan azərbaycanlılar məlumat verib.

Bildirilir ki, parkda dağıntı işləri bir neçə gündür ki, davam edir. Park yerlə bir edilib, Cəlil Nəcəfovun xatirə lövhəsi dağıdılıb. Parkın yerində hündürmərtəbəli binanın tikiləcəyi deyilir.

Burada yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər. Lakin bu, heç bir nəticə verməyib. Onlar Azərbaycan diasporunun məsələyə qarışmasını tələb edirlər.

Qeyd edək ki, 2013-cü ildə Yalta şəhərindəki mərkəzi parkların birində 1944-cü ildə Yaltanı faşistlərdən xilas edən 323-cü atıcı alayının komandiri Cəlil Nəcəfovun xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilmişdi. Həmin vaxt Krım Ukraynanın tərkibində olub.


Teqlər:  





Xəbər lenti