Ermənilər Rusiya bayrağını tapdaladılar

Ermənilər Rusiya bayrağını tapdaladılar
  14 Yanvar 2015    Oxunub:2669
Gümrüdə erməni ailəsini güllələmiş Rusiya hərbçisi Valeriy Permyakovun Ermənistana təhvil verilməsi tələbi ilə avtoyürüş keçirilir.
AzVision.az erməni mətbuatına istinadən verdiyi xəbərə əsasən, aksiyada yüzlərlə insan iştirak edir.

Bundan başqa çoxlu sayda insan Gümrüyə İrəvandan gəlib.

Yüzə yaxın avtomobil Gümrüdə yerləşən hərbi şəhərcikdən Rusiyanın bu şəhərdə konsulluğunun binasına doğru hərəkət edib.

Ermənistan mətbuatının dərc etdiyi fotolardan göründüyü kimi, ermənilər Rusiya bayrağını yerə ataraq, onu tapdalayıblar.

Xatırladaq ki, yanvarın 12-də Gümrüdə Rusiya hərbçisi tərəfindən bir ailənin altı üzvü, o cümlədən azyaşlı uşaq qətlə yetirilib. Saxlanılan hərbçi Rusiyanın Gümrüdə olan hərbi bazasında saxlanılır və Ermənistan tərəfində verilməyib.


Teqlər:





Xəbər lenti