“Rusiya Krım tatarları və bizi aldadıb” – Çavuşoğlu

“Rusiya Krım tatarları və bizi aldadıb” – Çavuşoğlu
  14 Yanvar 2015    Oxunub:2093
Rusiya Krım tatarları ilə bağlı verdiyi vədləri yerinə yetirməyib.
AzVision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə müsahibəsində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Rusiya Türkiyəyə tatar dilinə dövlət dili statusunun veriləcəyini bildirmişdi. Lakin Rusiya verdiyi sözü yerinə yetirməyib”, - Çavuşoğlu vurğulayıb.

Çavuşoğlunun sözlərinə görə, Rusiya həmçinin Krım tatarlarının dövlət orqanlarınında da təmsil olunacağını bildirsə də, bu vədinə əməl etməyib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti