Ermənistanda böhran: Qiymətlər sürətlə bahalaşır
AzVision.az-ın “Çorrord İşhanutyun” qəzetinə istinadən xəbər verir ki, bu rəqəmlər ümumilikdə reallığı əks etdirmir.
Məlumata əsasən inflyasiya göstəricisi yalnız dekabr ayında bu dərəcədə olub.
Rəsmi məlumatlara görə, 2014-cü ildə Ermənistanda ən böyük qiymət artımı 7,1% göstərici ilə alkoqol içkilər və siqaret məhsullarında olub. Hesbat dövrü ərzində ərzaq məhsulları 1,7 faiz bahalaşıb. MSİ-nin elə öz statistikasına əsasən yalnız dekabr ayında məhsullar 4 faiz, ərzaq məhsulları isə 5,6 faiz bahalaşıb.
“Qeyd edək ki, bu göstəricilər reallıqdan tamamilə uzaqdır. Belə ki, 23 noyabr – 17 dekabr tarixlərində xaos və dramın məzənnəsinin kəskin şəkildə aşağı düşməsi nəticəsində Ermənistan maliyyə bazarında qiymətlər qalxdı və bu proses bir müddət davam etdi. Hökumətin işə qarışmasından sonra maliyyə bazarında vəziyyət nisbətən sabitləşsə də, qiymətlər əvvəlki səviyyəyə enməyib”.
Eldar Tanrıverdiyev