Yanukoviç beynəlxalq axtarışa verildi

Yanukoviç beynəlxalq axtarışa verildi
  14 Yanvar 2015    Oxunub:1404
Ukrayanın keçmiş prezidenti Viktor Yanukoviç beynəlxalq axtarışa verilib. Səbəb onun 220 milyon qrivna (27 milyon dollar) büdcə vəsaitini mənimsəməkdə günahkar bilinməsidir.

AzVision.az bildirir ki, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov məlumat verib.

Yanukovişlə yanaşı, keçmiş baş nazir Nikolay Azarov və maliyyə naziri Yuri Kolobov da axtarışa veriliblər. Bu barədə məlumat artıq Yanukoviçin axtarışı ilə məşğul olan “İnterpol”un saytında da yerləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti