Prezident qızının adamlarını həbs etdirdi

Prezident qızının adamlarını həbs etdirdi
  14 Yanvar 2015    Oxunub:3123
Özbəkistanda prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın zavod və müəssisələrində çalışan 60 nəfərə hökm oxunub.
AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, həmin adamlar prezident qızının öz ölkəsində təqib olunması çərçivəsində həbs olunmuşdular. G.Kərimovanın özü də Baş Prokurorluq tərəfindən axtarışa verilib və barəsində cinayət işi açılıb.

G.Kərimovanın obyektlərində rəhbər postlarda işləyən həmin 60 nəfər maliyyə cinayətlərində ittiham olunurdular. Onlar müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Məhkəmə 6 nəfərin dövlətə on milyonlarla dollar məbləğində maddi ziyan vurması faktını üzə çıxarıb. Baş Prokurorluq bəyan edib ki, G.Kərimovanın başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə təkcə neft emalı zavodundakı yeyintilər nəticəsində dövlətə 40,1 milyard sum (16,5 milyon dollar) ziyan vurub.

AzVision.az


Teqlər:  





Xəbər lenti