Fransada terror zamanı ölənlər dəfn olunur

Fransada terror zamanı ölənlər dəfn olunur
  13 Yanvar 2015    Oxunub:1452
Fransada terror aktı zamanı həlak olan polis əməkdaşlarının dəfn mərasimi başlayıb.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Fransa prezidenti Fransua Olland da şəxsən dəfn mərasiminə qatılıb.

Bundan əlavə, Qüds şəhərində də 4 yəhudinin dəfn mərasimi başlayıb. Vida mərasimində həmçinin İsrailin baş naziri Binyamin Netanyahu da iştirak edib.

Qeyd edək ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti