Hərbçi polisi döyərək maşınını əlindən aldı – Ermənistanda

Hərbçi polisi döyərək maşınını əlindən aldı – Ermənistanda
  13 Yanvar 2015    Oxunub:2180
Ermənistanda hərbçi və oğlu polis əməkdaşını döyərək onun maşının qaçırıb.
AzVision.az erməni KİV-nə istinadən verdiyi məlumata görə, hadisə Vanadzor şəhərində baş verib.

Belə ki, polis polkovnik-leytenant Surik X və leytenant David A xidmətdə olan zaman küçədə şübhəli şəxsləri görüblər. Polislər kapitan Sarkis S və onun oğlu məsələni aydınlaşdırmaq istəyən zaman tərəflər arasında mübahisə yaşanıb. Hərbçi və onun oğlu polisə ağır xəsarət yetirib. Bundan sonra kapitan polis maşının qaçırıb və onu bir neçə küçə aralıda saxlayıb.

Daha sonra isə Sarkis S hərbi xidmətə yallanıb. Bir müddət sonra naməlum şəxslər ona zəng edərək görüş təyin ediblər. “Naməlum şəxslər” revanş almaq istəyən polis əməkdaşı olublar. Onlar Sarkisi polis bölməsinə gətirərək onu təhqir edib və döyüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti