“Facebook” sizi qohumlarınızdan daha yaxşı anlayır - ARAŞDIRMA
Ekspertlər “Facebook” istifadəçisi olan 17 mindən çox insanın davranışını analiz ediblər. İlk növbədə mütəxəssislər istifadəçilərin hansı səhifələri bəyəndiklərini öyrənib. Daha sonra könüllər psixoloqlar tərəfindən hazırlanan suallara cavab veriblər.
Daha sonda “Facebook” səhifələri öz dostları və qohumlarına testə iştirak edərək özlərinin psixoloji xarakterlərini müəyyənlişdirmələrini istəyiblər. Bundan sonra ekspertlər insanlar və maşınlar tərəfindən olan qiymətləndirməni müqayisə ediblər. Məlum olub ki, lazımı informasiya olduğu təqdirdə kompüter modeli bu işin öhdəsindən istifadəçilərin qardaş, bacı, valideynləri və hətta sosial şəbəkədəki dostlarından daha yaxşı gəlir.
“Facebook” sosial şəbəkəsi məsələni şərh etməkdən imtina edib.
Eldar Tanrıverdiyev