Rusiyada şəkər tozu kəskin bahalaşdı
Məlumata əsasən əgər dekabrın sonlarında 1 kiloqram şəkər tozunu 30 rubla almaq mümkün idisə, yeni ildən sonra isə şəkər tozunun qiyməti 47 rubla yüksəlib.
Rusiyalı ekspertlər isə şəkər tozunun qiymətinin mövsümlə əlaqədar olduğunu bildirib. Onların sözlərinə görə, şəkər tozunun qiyməti payız fəslində ən aşağı səviyyədə olur. Qış fəslində isə bu məhsulun qiyməti müntəzəm olaraq artır.
Bundan əlavə şəkər tozunun qiymətinin qalxması qənnadı məhsullarının qiymətinin artması ilə də nəticələnə bilər.
Qeyd edək ki, Rusiya şəkər tozuna olan ümumi tələbatın 30 faizini Belarusda ixrac edir.
Eldar Tanrıverdiyev