“100 dolları birdəfəlik unudun” – Ərəb şahzadə

“100 dolları birdəfəlik unudun” – Ərəb şahzadə
  12 Yanvar 2015    Oxunub:2877
Neftin qiyməti heç vaxt bir barelə görə 100 dollarlıq keçməyəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid ibn Talal əl Saud “USA Today”-ə müsahibəsində bildirib.

“Mən əminəm ki, biz heç vaxt neftin qiymətinin 100 dollar olacağını görməyəcəyik. Mən bir il əvvəldə deyirdim ki, 100 dollardan yuxarı qiymət təbii amil deyil. Bu düzgün göstərici deyil”, - deyə milyarder bildirib.

O, vurğulayıb ki, neft qiymətləri ixracatın azalması və tələbin artması fonunda qalxa bilər. Eyni zamanda ibn Talal əlavə edib ki, istehsal səviyyəsi və tələb hazırki formada qalsa neftin qiyməti aşağı düşməkdə davam edəcək.

Əl-Valid ibn Talal əl Saud “Forbes” jurnalının milyarderlər reytinqində 20,4 milyard dollarlıq sərvətlə 30-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, hazırda bir barel neft 49 dollara satılır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti