“İŞİD-in tərkibində Rusiya agentləri var” – Kadırov

“İŞİD-in tərkibində Rusiya agentləri var” – Kadırov
  12 Yanvar 2015    Oxunub:2340
Çeçenistan prezidenti Ramzan Kadırov bəyan edib ki, İraq və şam islam Dövləti (İŞİD) terror təşkilatının tərkibində rus agentlər var.
AzVision.az-ın məlumatına görə, bu barədə Kadırov “İnterfax” a müsahibəsində bildirib.

“Bizim İŞİD kimi terror təşkilatlarının tərkibində yaxşı agent şəbəkəmiz var. Bu bizə maraqlı olan qruplaşmaları yerini izləməyə imkan verir. Bundan əlavə bu bizə Rusiya istiqamətinə silah tutan şəxsləri vaxtında ezamiyyətə göndərməyə imkan verir”, - deyə Kadırov vurğulayıb.

Ramzan Kadırov İŞİD Qafqaza gəlmək ehtimalının aşağı olmasını bildirib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti