Ofisiant qız erməni oğlanı öldürdü

Ofisiant qız erməni oğlanı öldürdü
  12 Yanvar 2015    Oxunub:2490
Ermənistanın paytaxtı Yerevanda yerləşən kafelərdən birində ofisiant qız müştərini bıçaqlayıb.
Bu barədə AzVision.az “News.am”-a istinadən xəbər verir.

Məlumata əsasən hadisə “Dubay” motelində baş verib. Ofisiantlardan biri müştəri ilə dalaşdıqdan sonra onu bıçaqlayıb. Nəticədə 25 yaşlı kişi sinə nahiyəsindən xəsarət alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Ofisiant qız könüllü olaraq polis bölməsinə gəlib və cinayət alətini təqdim edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti