Konsertdə atışma - 5 nəfər yaralandı

Konsertdə atışma - 5 nəfər yaralandı
  12 Yanvar 2015    Oxunub:1487
Kaliforniyanın San-Xose şəhərində məşhur müğənni Kris Braunun konserti zamanı naməlum şəxs atəş açıb. Nəticədə 5 nəfər yaralanıb.

AzVision.az `Entertainment Weekly`-yə istinadən xəbər verir ki, `Fista` klubunda keçrilən konsert zamanı atışma başlayanda Kris Braun özünün ən məşhur mahnılarından birini ifa edirmiş.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onların həyatına təhlükə olmadığı bildirilir.

Polis bir neçə şübhılini saxlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti