ŞOK: Olland Netanyahunun yürüşə qatılmasını istəməyib

ŞOK: Olland Netanyahunun yürüşə qatılmasını istəməyib
  12 Yanvar 2015    Oxunub:2372
Fransa prezidenti Fransua Olland İsrail baş naziri Binyamin Netanyahunun Parisə gələrək terrorizmə qarşı yürüşdə iştirak etməsini istəməyib.
AzVision.az-ın məlumatına görə, bu barədə Fransa və İsrail KİV-i Yelisey sarayından olan mənbəyə istinadən xəbər yayıb.

Fransa prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Jak Odiber yəhudi həmkarı Yossi Koenla əlaqə saxlayıb və Ollandın Netanyahunu bu yürüşdə görmək istəmədiyini deyib.

Odiberin sözlərinə görə, Olland bu yürüşdə Fələstin-İsrail münaqişəsi kimi digər rezonans doğuran məsələlərin qaldırılmasını istəməyib. Bundan əlavə fransızlar Netanyahunun bu yürüşdən seçkiqabağı təşviqat kimi istifadə edəcəyindən çəkiniblər. Əvvəlcə Netanyahu Parisə gəlməmək barədə qərar versə də, sonradan öz qərarını dəyişib.

Qeyd edək ki, Paris sinaqoqunda təşkil olunan mərasim zamanı Netanyahu çıxış etməyə başlayan vaxt Olland həmin ərazini tərk edib.

Ötən gün Parisdə 1 milyon 300 min insanın iştirakı ilə həmrəylik yürüşü keçirilib. `Charlie Hebdo` jurnalına dəstək aksiyasına 50-yə qədər ölkənin hökumət və dövlət rəhbərləri də qatılıb.

Fransa hökumətinin təşkil etdiyi aksiyada əsasən “Azadlıq, qardaşlıq”, “Hamımız Şarliyik” şüarları səslənib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti