Qəzada ölənlərin sayı 60-a çatıb

Qəzada ölənlərin sayı 60-a çatıb
  12 Yanvar 2015    Oxunub:1245
Yanvarın 10-dan 11-nə keçən gecə Kəraçi şəhərinə gedən avtobusun yanacaq daşıyan maşınla toqquşması nəticəsində həlak olanların sayı 60-a çatıb.
Bu barədə Pakistan polisi yeni məlumat yayıb. Məlumatda qeyd edilir ki, qəzaya yanacaq daşıyan maşının sürücüsü səbəb olub. Bu maşın avtobusun yoluna çıxıb və toqquşma nəticəsində hər iki maşın aşaraq yanıb.

Maşınların sürücüləri özlərini vaxtında yerə ata biliblər. Günahkar sürücü qaçıb, polis onun axtarıçını davam etdirir.


Teqlər:





Xəbər lenti