Fransada terrora görə tutulanlar sərbəst buraxıldı

Fransada terrora görə tutulanlar sərbəst buraxıldı
  11 Yanvar 2015    Oxunub:1761
Fransada baş vermiş terror hadisələri ilə bağlı şübhəli şəxs qismində saxlanılmış 5 nəfər sərbəst buraxılıb.
AzVision.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bununla bağlı Paris prokurorluğu məlumat yayıb.

Məlumata görə, "Charlie Hebdo"ya edilən hücum, bir qadın polisin öldürüldüyü hadisə, həmçinin mağaza və mətbəəyə olan basqınlarla bağlı 5 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların ifadələri alındıqdan sonra ötən gecə sərbəst buraxılıblar. Hazırda baş vermiş terror hadisələri ilə bağlı saxlanılan yoxdur.

Qeyd edək ki, 17 nəfərin ölümü ilə nəticələnmiş hadisələri törədən Said və Cherif Kouachi qardaşları, həmçinin Amedy Coulibaly polis tərəfindən həyata keçirilən əməliyyatla məhv ediliblər.

A. Coulibalyinin həyat yoldaşı Heyat Boumeddienenin axtarışları isə davam edir. Onun bu il yanvarın 2-də Türkiyəyə gəldiyi bildirilsə də, hazırda Suriyada olduğu ehtimal edilir.


Teqlər:





Xəbər lenti