Kömür mədənində uçqun: ölü və yaralı var
Türkiyə səlahiyyətliləri verdiyi açıqlamada mədəndə baş verən çökmənin səbəbinin məlum olmadığını deyib.
Bununla belə mədəndə ölən işçinin 32 yaşlı Sinan Cin olduğu açıqlanıb. Kədr Nalbənd adlı işçi yaralanıb. Onların hər ikisi təcili yardılmla xəstəxanaya çatdırılsa da, Sinan Cinin həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, 1992-ci ildə bu vilayətdə Türkiyə tarixində ən iri mədən qəzası baş vermişdi. Qəza zamanı 263 nəfər ölmüşdü.
AzVision.az