Peyğəmbərin qisasını alan cinayətkarların zərərsizləşdirilməsi – CANLI YAYIM
AzVision.az xəbər verir ki, hazırda Fransa polisi qardaşların zərərsizləşdirilməsi əməliyyatı keçirilir.
Şerif və Səid Kuaşi qardaşları Dammertan-an-Qiel şəhərinin yaxınlığında yerləşən müəssisənin işçilərini girov götürüblər. Onların zərərsizləşdilməsi üzrə əməliyyata yüzlərlə polis və beş helikopter cəlb olunub.
Fransa KİV-nin yaydığı məlumatlara görə, artıq terrorçular iki nəfəri qətlə yetirib. Onlarla insanın müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.
Hazırda Fransa polisi şübhəli şəxslərin axtarışlarını davam etdirir.
Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.
Bu arada ötən gün naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.
Eldar Tanrıverdiyev