Fransada yeni dəhşət: Girovlar var

Fransada yeni dəhşət: Girovlar var
  09 Yanvar 2015    Oxunub:2589
Fransanın paytaxt regionu Sen və Marna departamentində naməlum şəxslər bir fransızı girov götürüb.
AzVision.az-ın məlumatına görə, bu barədə ölkənin “RTL” telekanalı xəbər yayıb.

Daha əvvəl Fransanın Dammertan-an-Qiel şəhərində naməlum şəxslər və hüquq mühafizə orqanları əməkdaşları arasında atışma baş verib.
Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Hazırda Fransa polisi şübhəli şəxslərin axtarışlarını davam etdirir.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.

Bu arada ötən gün naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti