2 min nəfər öldürülüb - Soyqırım

2 min nəfər öldürülüb - Soyqırım
  09 Yanvar 2015    Oxunub:1691
Nigeriyada "Boko Haram" dini qruplaşması ölkənin şimal-şərqində yerləşən Baqa şəhərinə ikinci dəfə hücuma keçib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, döyüşçülər ötən gün Nigeriyanın hərbi bazasını tutduqdan sonra şəhəri tamamilə yandırıblar.

Şahidlərin sözlərinə görə, şəhərin küçələri cəsədlərlə doludur, öldürülənlərin sayı 2 minə çatıb.

"Boko Haram" qruplaşması mülki əhaliyə qarşı ekstremal qəddarlıqla fərqlənir. Nigeriyanın şimalında və ona sərhəddə yerləşən Kamerun və Çadda islam xəlifəsinin yaradılması üçün mübarizə aparır.


Teqlər:  





Xəbər lenti