46 milyon insan köçkündür - Statistika

46 milyon insan köçkündür - Statistika
  08 Yanvar 2015    Oxunub:1531
MT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında bildirilir ki, qurumun yardım etdiyi məcburi köçkünlərin sayı 2014-cü ilin ortalarında öz tarixi boyu rekord həddinə – 46,3 milyona çatıb. Bu, 2013-cü ilin sonu ilə müqayisədə 3,4 milyon nəfər çoxdur.
Ötən ilin təkcə birinci yarısında 5,5 milyon insan yaşayış yerini məcburən tərk edib.

Hesabatda BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin məruzəsindən sitat gətirilib: “2014-cü ildə gördük ki, himayəmiz altında olan insanların sayı görünməmiş səviyyəyə çatdı”. Ali komissar əlavə edib ki, “beynəlxalq ictimaiyyət konfliktlərin siyasi həllini tapmadıqca, eləcə də yenilərinin qarşısını ala bilmədikcə, biz bunun dramatik humanitar nəticələri ilə qarşılaşmaqda davam edəcəyik”.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Yaxın Şərqdə və Afrikada baş verən müharibələri qaçqınların sayının artmasının səbəbi hesab edir. Bununla belə qaçqınların çox hissəsi Suriyadandır – münaqişə ocağını artıq 3 milyondan çox insan tərk edib.

Xatırladaq ki, Azərbaycanda erməni təcavüzü nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün yaşayır.


Teqlər:  





Xəbər lenti