İntihar edən nazir haqda şok iddia

İntihar edən nazir haqda şok iddia
  03 Yanvar 2015    Oxunub:2710
Rusiyada özünü güllələyən nazirlə bağlı şok açıqlama verilib.
AzVision.az-ın məlumatına görə, belə bir açıqlamanı Rusiya Dövlət Dumasının üzvü Aleksandr Xinşteyn verib.

O, bildirib ki, Mari El Respublikasının daxili işlər naziri, general-mayor Vyaçeslav Buçnev məzuniyyətdən qayıtdıqdan sonra işdən çıxarılacaqdı.

Aleksandr Xinşteynin sözlərinə görə, nazirlə bağlı cinayət işi açıqlacaqdı: "O, vəzifəsindən sui-istifadədə təqsirli bilinəcəkdi və həbs olunacaqdı".

Qeyd edək ki, bu gün Rusiyanın Mari El Respublikasının daxili işlər naziri Vyaçeslav Buçnev iş oyağında özünü güllələyərək intihar edib.


Teqlər:  





Xəbər lenti