Ölənlərin sayı 1000-ikeçib

Ölənlərin sayı  1000-ikeçib
  10 May 2013    Oxunub:1164
Banqladeşin paytaxtı Dəkkədə 8 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 1000 nəfəri keçib.
Bu barədə məlumat verən şəhər polisi dağıntıların altında qalanların xilas edilməsi ilə bağlı aparılan xilasetmə əməliyyatların davam etdirildiyini bildirib. Son məlumatlara görə, ölü sayının 1021 nəfər olduğu bildirilir.

Qeyd edək ki, cəsədlərin tanınmaz hala düşməsi isə itkin düşənlərin taleyi barədə məlumat əldə etməyə imkan vermir.

Binanın çökmə səbəblərinə gəlincə, inşaatçı şirkət binanın tikintisində standartlara uyğun gəlməyən materiallardan istifadə etməklə yanaşı, sementə də həddən artıq qənaet edib.

Faciə ilə bağlı araşdırmalar davam edir.

Mirvari



Teqlər:  





Xəbər lenti