“Dəvə döyüşü”nə bəraət verildi

“Dəvə döyüşü”nə bəraət verildi
  08 May 2013    Oxunub:1440
Misirdə “dəvə döyüşü”ndə təqsirli bilinən Mübarəkin tərəfdarları bəraət qazanıblar.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Misirin Ali məhkəməsi hakimiyyətdən devrilmiş keçmiş prezident Hüsni Mübarəkin 24 nəfər tərəfdarına bəraət verib.

Mübarəkin tərəfdarları 2011-ci ildə baş verən üsyanı yatırmaq üçün “dəvə döyüşü” təşkil etməkdə günahlandırıb. Həmin ilin fevralın 2-də Qahirənin Təhrir meydanında dəvə və atlardan istifadə edən Mübarək tərəfdarları ilə üsyançılar arasında qarşıdurma yaşanmış və onlarla insan ölmüşdü.

Hakim Həmid Abdullahın çıxardığı qərar narazılıqla qarşılanıb və məhkəmə prosesinin yenidən aparılması tələb edilib. Hakim şahidlərə və dəlillərə inanmadığını bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti