ABŞ müdafiə nazirinin gözlənilməz İraq səfəri

ABŞ müdafiə nazirinin gözlənilməz İraq səfəri
  09 Dekabr 2014    Oxunub:1620
ABŞ müdafiə naziri Çak Heygel gözlənilmədən İraqa gəlib.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Qeyd edək ki, ötən gün Heygel Küveytə gəlib. Burda jurnalistlərə açıqlama verən müdafiə naziri koalisiya qüvvələrinin İraq və Şam islam Dövləti (İŞİD) yaraqlılarına qarşı mübarizə aparan yerli qüvvələrə kömək məqsədilə 1,5 min hərbçi göndərəcəyini bildirmişdi. Onun sözlərinə görə, hərbçilər İŞİD-ə qarşı birbaşa döyüşlərdə iştirak etməyəcək və yerli qüvvələrin hazırlanması ilə məşğul olacaq.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti